03/04/2018 11:26

ASELSAN şirkəti “Sarp”ın yeni konfiqurasiyasını hazırlayıb

Türkiyənin ASELSAN şirkəti “Sarp” döyüş modulunun “Sarp-Zəfər” adlı yeni konfiqurasiyasını hazırlayıb.

“AzeriDefence” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döyüş modulunun “Sarp”ın digər konfiqurasiyalarından fərqi, silaha sursatla təchizatının döyüş maşını daxilindən, yəni zirehli avtomobili tərk etmədən həyata keçirilməsidir.

Qeyd edək ki, ASELSAN şirkəti bu günədək 1350 ədəd “Sarp” məsafədən idarə olunan döyüş modulu istehsal edib. Bunun 350 ədədi ixrac edilib.

Gecə və gündüz, çətin mühitlərdə müşahidə imkanına malik elektro-optik sistemləri, uzaqdan idarəetmə imkanı verən kompüterli atış-kontrol sisteminə malik “Sarp” həm sabit obyektlər, həm də nəqliyyat vasitələrinin üzərinə qurula bilmə özəlliyinə sahibdir. “Sarp” moduluna ehtiyaclara uyğun olaraq 12.7 mm çaplı pulemyot, 7.62 mm çaplı pulemyot və 40 mm çaplı avtomatik qumbaraatan daxil etmək olur.

Döyüş modulu 400 ədəd 12.7 mm və ya 1000 ədəd 7.62 mm çaplı patron tutumuna malik yüngül sursat xəzinəsinə sahibdir. SARP 360° fırlanmaqla, -30°,+60° bucaq altındakı hədəfləri nəzarətdə saxlaya və atəş aça bilir. Döyüş modulunun “Sarp-NSV”, “Sarp-Dual”, “Sarp-AntiTank” və “Sarp-L” növləri var.