09/05/2013 19:18

ASELSAN şirkəti SAR radarını tanıtdı

ASELSAN şirkəti pilotsuz uçuş aparatları (PUA) üçün hazırladığı SAR radar sistemini ilk dəfə olaraq İDEF-2013 sərgisində nümayiş etdirib. Şirkət yetkililərinin “AzeriDefence”yə verddikləri məlumata görə, SAR sistemi hər cür hava şəraitində istifadə oluna bilir.

Görüntüləmə ilə yanaşı hədəfləri təsbit etmə imkanına malikdir.
SAR sistemi bölgənin görüntülərini əldə etməyə imkan verən SAR Stripmap, yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verən SAR Spotlight, hərəkətli hədəflərin təsbiti üçün GMTİ funksiyasına, həmçinin təyyarələrə və PUA-lara inteqrasiya oluna bilən dizayna malikdir. Sistem 30000 fut yüksəklikdə belə çalışa bilir.