15/04/2017 08:23

ASELSAN termal və gecəgörməni bir cihazda birləşdirdi

ASELSAN şirkəti termal kamera və gecəgörmə texnologiyasını eyni cihazını üzərində birləşdirib.

Şirkətdən “Azeri Defence”yə verilən məlumata görə, “Van Kedisi” (“Van Pişiyi”) adı verilən yeni silah nişangahı və əl durbini texnologiyası İDEF-2017 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdirəcək.

Cihaz mövcud termal və gecəgörmə durbinlərin görüntülərini tək kanaldan vermə özəlliyinə sahibdir.

“Van Kedisi”nin əl durbini “Van Kedisi-D”, silah nişangahı isə “Van Kedisi-N” adlandırılır.

Təhdidlərin təsbiti, diaqnozu və tanınması məqsədilə istifadə edilən cihaz, gecə və gündüz, hər cür hava şəraitində yüksək performans nümayiş etdirir.

“Van Kedisi” istifadəçisi istəyinə görə termal, gecəgörmə və ya termal-gecəgörmə rejimlərindən birini seçə bilir.

“Van Kedisi” cihazı dünyada çox az ölkədə mövcud olan bir texnologiyadır.