24/07/2018 11:41

ASELSAN Türk Ordusunun bütün M-60T tanklarını modernizə edəcək

Türkiyənin ASELSAN şirkəti “Fırat-M60T” layihəsi üzərə bir ilə yaxın ərzində çox sayda M-60T tankının modernləşdirilməsini başa çatdırıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Layihə çərçivəsində M-60T tanklarının tank əleyinə raketlərə və terror təhdidlərinə qarşı evvektiv mühafizəsi təmin olunub, mövcud sistemlərə əlavə qabiliyyətlər qazandırılıb.

Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbərliyi altında, ASELSAN tərəfindən modernizə edilən M-60T tanklarının sahədə göstərdiyi yüksək nailiyyətlərdın sonra Türkiyə Silahlı Qüvvələrinin inventarındakı bütün M-60T tanklarının modernizə edilməsi qərara alınıb və bununla bağlı SSB ilə ASELSAN arasında müqaviləyə dəyişiklik edilib. Imzalanan yeni dəyişiklikiklə müqaviləyə 96.7 milyon avro və 25 milyon Türk lirəsi əlavə edilib. Bununla müqavilənin ümumi dəyəri 206 milyon avro və 50 milyon TL təşkil edib.

Müqaviləyə dəyişiklik çərçivəsində tanklara “Pulat” aktiv müdafiə sistemi inteqrasiya ediləcək. “Pulat” aktiv müdafiə sisteminin sahib olduğu yüksək texnologiyalı radar ilə M-60T tanklarına istiqamətləndirilən tank əleyhinə raketlər (eyni vaxtda birdən çox) havada təsbit edilərək tankı vurmazdan əvvək bəlli məsafədə məhv ediləcək.

ASELSAN tərəfindən “Fırat –M-60T” layihəsi “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları davam edərkən həyata keçirilib. Modernizə edilmiş tanklar bu əməliyyatlarda istifadə edilib. Tank heyətlərinin sözlərinə görə, modernizə edilmiş tanklar terrorçuların istifadə etdiyi tank əleyhinə idarə olunan raketlərə qarşı böyük nailiyyətlər əldə edib, yaşayış məntəqələrində tankların əməliyyat qabiliyyəti artırılıb.