07/03/2012 17:20

ASELSAN və TUSAŞ 17 mln. dollar dəyərində müqavilə imzalayıb

ASELSAN və TUSAŞ şirkətləri arasında müqavilə imzalanıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkətinin İctmaiyyəti Məlumatlandırma Platformasında (KAP) yerləşdirilmiş məlumatında bildirilib.

Müqavilə özündə aviyonik avadanlıqların tədarükü və vəzifə komputerinin (gorev bilgisayarı) inkişaf etdirilməsini etiva edir.

Martın 6-da imzalanmış müqavilənin ümumi dəyəri 17 085 828 ABŞ dollarıdır.