10/10/2017 15:42

ASELSAN və “Ukroboronprom” birgə tanklar üçün aktiv qoruma sistemləri yaradacaq

Türkiyənin ASELSAN şirkəti və Ukraynanın “Ukroboronprom” Dövlət Konserni arasında müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, tərəflər arasında müqavilə Ukraynanın Kiyev şəhərində keçirilən “Silah və təhlükəsizlik” sərgisi çərçivəsində imzalanıb.

Mərasimdə iştirak edən AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanovun məlumatına görə, müqavilə tanklar üçün aktiv müdafiə sistemlərinin birgə yaradılması ilə bağlıdır.

Müqavilə çərçivəsində ASELSAN şirkəti Ukrayna istehsalı olan “Zaslon” aktiv müdafiə sistemini əsas götürərək, onun bazasında araşdırmalar aparacaqdır.