03/07/2018 15:51

ASELSAN yeni ATOM mərmisini sınaqdan keçirib

Türkiyənin ASELSAN və MKE şirkətlərinin birgə hazırladığı ATOM adlı 40 mm çaplı qumbaraatanlar üçün “ağıllı sursat”ların sınaqları keçirilib.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, Konyada Karapınar paliqonunda keçirilən sınaqlar uğurla nəticələnib.

Məlumatda qeyd olunub ki, 40 mm çaplı qumbaraatanlar üçün “ağıllı sursat”ların yaradılmasına İstanbulda keçirilmiş İDEF-2017 beynəlxalq müdafiə sərgisi çərçivəsində ASELSAN və MKE şirkəti arasında imzalanan sazişdən sonra başlanılıb. Bununlada Türkiyə zaman proqramlı havada parçalana bilən sursatın dizayn və istehsal texnologiyasına sahib bir neçə ölkədən biri olub.

Atış sınaqlarından görüntülər

ATOM atəş anında havada partlayacağı müddətə həssas olaraq proqramlaşdırılır və sursatın hədəf üzərində istənilən nöqtədə parçalanması təmin edilir. Hava hücumundan müdafiə konsepsiyasına daxil olan “ağıllı mərmi” nümunələrindən ASELSAN şirkətinin hazırladığı, perspektivdə “Qorqud” zenit-top kompleksində istifadə olunan 35 mm-lik proqramlaşdırılan qəlpəli sursatların istehsalında əldə edilən təcrübədən 40 mm çaplı qumbaraatanlar üçün “ağıllı sursat”larda istifadə olunub.

40 mm ATOM proqramlı MK-19 qumbaraatanı

Qeyd edək ki, 35 mm-lik proqramlanan qəlpəli mərmi atış şoku ilə aktiv olur və enerjisini atış şokundan alır. Bununla da mərmidə ömrü məhdud olan batareyalara ehtiyac aradan qaldırılıb. Sursatın daxilində partlayıcı zəncirinin atışdan əvvəl aktivləşməsinin qarşısını almaq məqsədilə yüksək etibarlılığa sahib təhlükəsizlik və qurma mexanizmi yerləşdirilib, eyni zamanda sursatın atış şokunu təmin edən elektronikası təkmilləşdirilib.

Mövcud 40 mm-lik qumbaraatanlara edilən xırda modifikasiya sayəsində silah sistemləri “ağıllı sursat”lardan atəş aça bilir. “Ağıllı sursat”dan istifadə etməklə, az sayda döyüş sursatı ilə yüksək təsir əldə edilə bilər. Digər tərəfdən 40 mm-lik ATOM sursatı ASELSAN istehsalı olan İHTAR antidron sisteminə inteqrasiya edilərək mini/mikro pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemi olaraq istifadə edilə bilir.