29/10/2015 14:48

ASELSAN yeni bomba zərərsizləşdirmə robotu yaradır

ASELSAN şirkəti Türkiyə Əmniyyət Baş İdarəsi üçün iki nəfər tərəfindən daşına bilən yeni nəsil bomba zərərsizləşdirmə robotu istehsal edəcək.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, ASELSAN və Əmniyyət Baş İdarəsi arasında 20.1 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Şirkətdən bildirilib ki, ASELSAN-ın Türkiyə polisi üçün istehsal etdiyi “Kaplan” bomba zərərsizləşdirmə robotu hazırda geniş istifadə olunur.

ASELSAN tərəfindən yaradılacaq və ilk mərhələdə 100 ədəd istehsal olunacaq yeni nəsil robotun adı istifadəçilər tərəfindən veriləcək.

Layihə çərçivəsində 16 ədəd yüngül zirehli maşın da “Otokar” şirkəti tərəfindən təmin olunacaq.