08/06/2019 00:56

ATA Arms bir ildə 598 TURQUA tüfəngi ixrac edib

Türkiyənin “ATA Arms” şirkəti bir neçə il öncə bazara təqdim etdiyi “Turqua” adlı bolt-action iş prinsipinə malik ov tüfəngini 2018-ci ildə 10 dövlətə ixrac edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə “ATA Arms” şirkəti adıçəkilən silahdan 8-i Avropadan, biri Amerika, biri Avstraliyada olmaqla 10 dövlətə 598 ədəd ixrac edib.

Belə ki, 2018-ci ildə şirkət Almaniyaya 200, Polşayaya 151, Bolqarıstana 123, Rusiyaya 151, Fransaya 50, Kanadaya 46, Danimarkaya 25, Böyük Britaniyaya 2, Yeni Zelandiyaya 1 ədəd “Turqua” tüfəngi satıb.

Türkiyənin ilk bolt-action (əllətək-tək doldurulan) yivli ov tüfəngi olan “Turqua” .308 Win kalibrli patronlardan istifadə edir. Silahın lüləsinin uzunluğu 61 sm, çəkisi 3.75 kiloqramdır.