24/01/2018 19:07

ATAK döyüş helikopteri “Cirit” raketləri ilə Afrindəki hədəfləri vurdu – FOTO

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan “Zeytun Budağı” əməliyyatı davam etdirilir.

“AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verir ki, Afrinin qərbində təyin olunan terror hədəfləri tanklarla vurulurkən, tanklara dəstək vermək üçün ilk dəfə əməliyyata yerli istehsal olan T-129 ATAK döyüş helikopteri cəlb edilib.

Terrorçuların olduğu obyektlər lazer sistemilə işarələndikdən sonra, T-129 ATAK döyüş helikopteri müəyyən edilmiş hədəfələri yüksək dəqiqliklə vurub.

Məlumatda o da qeyd olunub ki, ATAK helikopteri atış zamanı Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan “Cirit” lazer başlıqlı idarə olunan raketlərindən də istifadə edib.

“Zeytun Budağı” əməliyyatının gedişatında indiyə qədər ən azı 268 terrorçu zərərsizləşdirilib, 170 hədəf məhv edilib, 15 nöqtə terrorçulardan alınıb. Həmçinin Burseya dağının böyük hissəsi terrorçulardan azad olunub. Burseyada irəliləyiş davam edir.