13/11/2019 23:45

ATAK helikopterinin yeni versiyası ilk uçuşunu edib

Türkiyənin T-129 ATAK döyüş helikopterinin FAZ-2 versiyasının ilk uçuşu həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında bildirib.

Dəmir bununla bağlı etdiyi paylaşımda FAZ-2 versiyasının lazer xəbərdarlıq cihazı və radioelektron mübarizə sistemləri ilə təchiz olunduğunu qeyd edib. (Radar xəbərdarlıq sistemi, radio siqnal qarışdırıcısı, lazer xəbərdarlıq cihazı və 96V/UHF radiostansiya)

“Yerlilik payı daha da artan ATAK FAZ-2 helikopterlərini detallı testlərdən sonra, 2020-ci ilin ortalarından etibarən təhvil verməyi hədəfləyirik”, – deyə İ. Dəmir vurğulayıb.

Qeyd edək ki, bu günədək TUSAŞ şirkəti tərəfindən Türkiyə Quru Qoşunlarına 47, Jandarma Baş Komandanlığına isə 6 ədəd T-129 ATAK helikopteri təhvil verilib.