03/09/2019 11:34

ATAK kəşfiyyat-zərbə helikopteri ilk dəfə Azərbaycan səmasında – FOTO/VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterləri iştirak edir.

Qeyd edək ki, ATAK helikopteri Azərbaycandakı təlimlərə ilk dəfədir cəlb olunub və bu təlim həm də ATAK helikopterinin Azərbaycanda sınaqları deməkdir.

Azərbaycan ATAK helikopterlərinin satın alınması ilə maraqlanır və bir neçə il əvvəl həmin helikopterlərin Azərbaycana sınaqlara gətiriləcəyinə dair informasiyalar mövcud idi.