23/05/2018 10:38

Atış məsafəsi artırılmış “Spike NLOS” Bakıda nümayiş etdiriləcək

İsrailin “Rafael” şirkəti “Spike NLOS” raketlərinin uçuş məsafəsini artırıb.

Bu barədə “AzeriDefence”yə KADEX-2018 sərgisində təmsil olunan “Rafael” şirkətindən məlumat verilib.

Mütəxəssislərin sözlərinə görə, mövcud “Spike NLOS” raketlərinin atış məsafəsi 25000 metr təşkil etdiyi halda yeni modifikasiyanın atış məsafəsi 5000 metr artırılaraq 30000 metrə (30 km) çatdırılıb. Raketin atış mənzili artırılmaqla yanaşı, texniki imkanları da yaxşılaşdırılıb.

“Rafael” mütəxəssisləri qeyd ediblər ki, “Spike NLOS” dünyada məhdud sayda ölkənin istifadəsində yer alır. Postsovet məkanında yalnız Azərbaycan bu raketin istifadəçisidir.

“Atış məsafəsi artırılmış “Spike NLOS” raketinin sentyabr ayında Bakıda keçiriləcək ADEX sərgisində nümayişi planlaşdırılır”, deyə şirkət rəsmiləri qeyd ediblər.