26/05/2012 12:36

ATMACA – Fotoniksin yeniı termal əl durbini

Optik sistemlərin istehsalı üzrə ixtisaslaşmış tanınmış Türkiyə şirkəti “Fotoniks” ATMACA adlı yeni termal əl durbinini təqdim edib.“AzeriDefence”nin “Fotoniks” şirkətindən aldığı məlumata görə, yüngül və daşınması asan olan durbin müxtəlif ərazi şərtlərində hədəflərin təsbiti, izlənməsi və tanınmasını təmin edir. Uzaq məsafə performansına malik durbinin batareyası uzun müddət çalışmasına imkan verir. FPA-Odak detektor sisteminə malik ATMACA pis hava şəraitlərində belə görmə imkanı yaradır.

Elektromaqnit spektr optikasında yer alan 8-12 μm dalca ölçüsündə həssas olan Termal Əl Durbini sayəsində gecə və gündüz hədəflərin təsbiti və izlənilməsi həyata keçirilə bilər. Durbində istifadə olunmuş elketronika, optik detallar və qəbul edici detektor özünü isbat etmiş və uzun ömürlü sistemlərdən seçilib.

ATMACA sayəsində termal şüalar yayan və ətrafı ilə fərqli şüalanma dərəcələrinə sahib olan hər bir mühitdən keyfiyyətli görüntü əldə etmək mümkündür. Durbinin görmə məsafəsi zirehli texnikaları 2250 metrə, diaqnoz qoya bilmə məsafəsi 1500 metrə, insanları isə görmə məsafəsi 1500, diaqnoz qoyma məsafəsi isə 500 metrədəkdir.

Durbinin texniki özəllikləri
Dalga uzunluğu – 8-12μm
Detektor quruluşu (soyutmasız) – Mikro bolometre – 2D
Seçənək 1 – FPA-388×284
Seçənək 2 – FPA-320X240
Görüş açıqlığı – 8 ° x 6 °
Batareya
Seçənək 1 – 6x C tip Batarya
Seçənək 2 – 2x doldurula bilən Li-Ion
İstifadə müddəti batareya tipinə görə 12-18 saat
İstifadəyə hazırlanma müddəti <20 saniyə
Ağırlığı 1.8 kq
Video çıxışı – CCIR/PAL 50Hz
Standart – MIL STD 810 E
İşləyə bilmə tempratru -32C-dən +50C°-dək (+/-2°C)
Uzaq bağlantı – RS422