24/02/2016 11:35

Avropa dövlətləri ötən il Azərbaycan Ordusunda 6 inspeksiya keçiriblər

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) çərçivəsində 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrində 6 inspeksiya keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Məclisin AASQ Müqaviləsinin ratifikasiya etdiyi 31 may 1992-ci il tarixindən 2016-cı ilədək iştirakçı dövlətlər tərəfindən Azərbaycan Silahlı Qüvvələrində ümumilikdə 115 dəfə inspeksiya keçirilib.

AASQ ilə yanaşı, “Vyana Sənədi” çərçivəsində ötən il Azərbaycan Silahlı Qüvvələrində 3 inspeksiya keçirilib. “Vyana Sənədi” çərçivəsində inspeksiya edən “qiymətləndirmə” qrupu hərbi hissənin şəxsi heyəti, əsas silah və texnika növləri ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan bu Sənədə qoşulduğu gündən 2016-cı ilin fevral ayınadək Silahlı Qüvvələrdə iştirakçı dövlətlər tərəfindən 58 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 29 dəfə “Qiymətləndirmə” səfəri keçirilib.