26/08/2019 14:47

Avropa orduları üçün insansız yerüstü sistemlər hazırlnacaq

Estoniya Belçika, İspaniya, Latviya, Fransa, Almaniya və Finlandiya ilə birlikdə insansız yerüstü sistemlərin (MUGS) hazırlanması üçün müqavilə imzalayıblar.

Bu barədə “AzeriDefence” Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Layihənin aparıcı ölkəsi Estoniyadır. Üzv Dövlətlər Avropa Müdafiə Fondundan maliyyələşmək üçün müraciət edib. Layihə insansız yerüstü nəqliyyat vasitəsi, komanda və nəzarət sistemi, kiber müdafiə problemlərinin həlli və inteqrasiya edilmiş sensorlar şəbəkəsi sistemlərinin kompleks forması kimi hazırlanacaq. Sistemin ilkin əməliyyat funksiyaları kimi döyüş bölgəsində vəziyyətin anlaşılması və dəqiq məlumatların əldə edilməsi, bölmələrin manevr və nəqliyyat imkanlarının səmərəliliyinin yüksəldilməsi hədəflənir.

Döyüş bölgəsində insansız vasitələrin əməiyyatları yerinə yetirməsi itkiləri azaldacağı hesab olunur. İnsansız döyüş vasitəsi münaqişə bölgəsində əsgər üçün etibarlı yoldaş olacaq. Qərarların daha sürətli verilməsinə, daşınacaq yüklərin azaldılmasına və qoşunların dözümlülüyünün və qorunmasının artırılmasında canlı heyyətə köməklik etməlidir.

İştirakçı ölkələr Avropa Müdafiə Fondundan 30,6 milyon avro məbləğində dəstək almağı planlaşdırır. İnsansız yerüstü sistemlərin ilk prototipinin 2021-ci ildə nümayiş etdiriləcəyi nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, insansız yerüstü sistemlər üçün inkişaf layihəsi, 2018-ci ildə AB Müdafiə Nazirləri tərəfindən təsdiqlənən PESCO (Avropa Birliyi Daimi Struktur və Əməkdaşlıq) təşəbbüslərindən biridir. Layihəni həyata keçirmək üçün Avropa Müdafiə Sənayesi İnkişaf Proqramı (maliyyələşdirmə) təşəbbüskarları dəstəkləyir. Layihənin maliyyələşdirilməsi isə, AB Komissiyasının müstəqil ekspertləri tərəfindən layihə təkliflərinin qiymətləndirilməsindən asılıdır. Komissiya mövcud təklifləri dəyərləndirir və qərar verir.