04/02/2012 12:21

Avstraliyada radiodalğaları söndürən yeni material yaradılıb

Avstraliyada radiodalğaları söndürən yeni material yaradılıb. “AzeriDefence”nin məlumatına görə, yeni material Avstraliyaya məxsus “Collins” tipli dənizaltılar üçün nəzərdə tutulub.

Materialın hazırlanması üzrə layihəyə 2008-ci ildən start verilib. İstehsal “Mackay Consolidated Industries” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Hərbi-dəniz texnikası üzrə tədqiqatçı Endryu Ametanın sözlərinə görə, yeni material elektomaqnit dalğaları dağıtmaq məqsədilə layihələşdirilib.

Hazırda Avstraliya Müdafiə Nazirliyinin Elmi-Texniki İdarəsi xarici şirkətlərdən alınmış qeyri-optimal radiodalğaları söndürən materialın dəyişdirilməsini gerçəkləşdirir.