15/02/2017 19:40

Avstriya şirkəti SX-1 MTR modulyar snayper tüfəngini nümayişə çıxarır

Avstriyanın “Ritter & Stark GmbH” şirkəti fevralın 19-dan 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçiriləcək İDEX-2017 beynəlxalq müdafiə sərgisində SX-1 MTR modulyar snayper tüfəngini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.

Şirkət SX-1 MTR snayper tüfəngində yüksək dəqiqliyin əldə olunması üçün yaradılma prosesində müasir texnoloji materiallardan istifadə edildiyini açıqlayıb.

SX-1 MTR tez və asanlıqla .308 Win, .300 Win Magnum və .338 Lapua Magnum çaplı patronlara dəyişdirilə bilir. Qundağının hündürlüyü və yanaqlığı tənzimlənən və sağa qatlanan snayper tüfənginin üzərindəki MIL-STD 1913 pikatini tamasaları müxtəlif nişangahlar qurmağa imkan verir. Tüfəng əllə tək tək doldurma prinsipi ilə çalışır.

SX MTR-in .308Win və .338LM lüləsinin atış ömrü 5 min atış, .300WM lüləsininki isə 2 min atışdır. Testlər zamanı silahın dəqiqliyinin 0.5 MOA olması sübuta yetirilib.

Tüfəngin lüləsinin uzunluğu .308 Win üçün 623 mm .300 Win Magnum və .338 Lapua Magnum üçün 690 mm, ümumi uzunluğu1202/1291/1291 mm, çəkisi 5.2 və 5.5 kiloqramdır. Tüfəng 5 və 10 patron tutumlu daraqla dəstləşdirilir.