17/07/2013 07:20

Azərbaycan Ukraynadan 14 ədəd BTS-5B evakuasiya maşını alıb

STATİSTİKAAzərbaycan 2012-ci ildə Ukraynadan 14 ədəd BTS-5B tipli zirehli evakuasiya maşını satıb. “AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna İxraca Nəzarət Dövlət Xidmətinin hesabatında bildirilib.

BTS-5B universal çoxməqsədli evakuasiya maşını tank bölmələrinin və zirehli texnikaların texniki təminatı üçün nəzərdə tutulub. Maşın xilasetmə işləri, zərər çəkmiş texnikanın yedəklənməsi, ehtiyat hissələrin və alətin nəqli üçün istifadə olunur. Maşın T-72 tanklarının şassisi üzərində yaradılıb.

Azərbaycan bundan əvvəl də – 2007-ci ildə Ukraynadan 4 ədəd BTS-5B maşını satın alıb.

Son illərin hesabatlarını təhlil etdikdə Azərbaycan və Ukrayna arasında hərbi ticarətin səviyyəsində əhəmiyyətli azalmanın olduğunu görmək olur.