09/05/2013 15:10

Azərbaycanın “Qasırğa”sı hazır

Türkiyənin ROKETSAN şirkəti tərəfindən Azərbaycan üçün özəl olaraq hazırlanmış T-300 “Qasırğa” uzaq mənzilli raket sistemi yaxın vaxtlarda sifarişçiyə çatdırılacaq. Bu barədə “AzeriDefenceyə ROKETSAN şirkətindən məlumat verilib.

Raket sistemi Kamaz maşınının üzərində qurulub. Yüksək manevr imkanları maşına rəqibin cəbhənin dərinliklərində yerləşən istənilən hədəflərinə qəfil və sarsıdıcı zərbələr endirmək imkanı verir.