04/12/2012 11:25

Azərbaycan Türkiyənin “Altay” tankı layihəsinə qoşulacaq – EKSKLÜZİV

altayt.jpg

Azərbaycanın Türkiyənin “Altay” əsas müharibə tankı layihəsində iştirakı barədə qərar gələn il verilə bilər. Bu barədə “AzeriDefence.com” saytına Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycan tərəfi 2011-ci ildə bu layihəyə qatılmaq niyyətində açıqlayıb və qeyd olunan məsələ tərəflər arasında müzakirə edilib.

“Azərbaycan tərəfi bu layihəyə maraq göstərir. Eyni zamanda biz də düşünürük ki qardaş Azərbaycan bu “Altay” layihəsində iştirak etməklə yaxın 10 ildə öz tank arsenalını daha müasir və yeni nəsil tanklarla yeniləyə biləcək”, – deyə nazirlikdən bildirilib.

Nazirlikdən həmçinin əlavə olunub ki, danışıqlar qarşıdakı aylarda yenə keçiriləcək. Müsbət nəticələnərsə, böyük ehtimalla may ayında İstanbulda keçiriləcək İDEF-2013 sərgisində tərəflər arasında layihədə birgə iştiraka dair niyyət protokolunun imzalanması baş tuta bilər.

Qeyd edək ki, noyabrın ortalarında Türkiyənin ilk milli əsas müharibə tankı olan Altayın hərəkət testləri nümayiş etdirilib. Qarşıdakı aylarda isə tankın atış testlərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas podratçısı Otokar şirkətidir.