04/06/2019 11:40

Azərbaycan 2018-ci ildə Rusiya və Türkiyədən bu silahları alıb – EKSKLÜZİV

Rusiya və Türkiyə 2018-ci ildə silah ixracına dair hesabatlarını açıqlayıblar.

“AzeriDefence”nin BMT Adi Silahlar Registrinə istinadən verdiyi məlumata görə, hesabatdan göründüyü qədər hər iki dövlətin silah ixracatında Azərbaycan da yer alıb.

Rusiya hesabatında 2018-ci ildə Azərbaycana 40 ədəd BTR-82A zirehli transportyoru satdığını göstərib.

Türkiyə isə ötən il Azərbaycana 600 ədəd tapança-pulemyot, 950 ədəd tapança, həmçinin 4 ədəd “Bora 12” snayper tüfəngi ixrac edib.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə Azərbaycandan 1 ədəd universal PKM pulemyotu aldığını açıqlayıb.