11/06/2018 12:28

Azərbaycan 430 km atış uzaqlığına malik operativ-taktiki raketlərini təqdim etdi – FOTO

Azərbaycan İsrail istehsalı olan LORA (LOng Range Attack) operativ-taktiki raket kompleksini silahlanmaya qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, LORA operativ-taktiki raket kompleksi (OTRK) bu gün Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsinin açılışında prezident İlham Əliyevə nümayiş etdirilib.

Bununla da Azərbaycan rəsmən atış uzaqlığı 400 km-in üzərində olan OTRK-lərə sahib olduğunu göstərib.

Maksimal atış uzaqlığı 430 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır (yüksək partlayış gücünə maliik).  Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi 430 km-ə qədər uzaqlıqda yerləşən idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv edə bilir.