06/08/2018 19:02

Azərbaycan artilleriyaçıları finalda – VİDEO

Azərbaycan artilleriyaçıları “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin final mərhələsinə yüksəlib.

Müdafə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən mlumata görə, avqustun 6-da “ Ordu Oyunları-2018” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.

Müsabiqədə 11 ölkədən komanda iştirak edib. Müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər. Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.