27/01/2018 21:07

Azərbaycan aviasiya raketlərinin istehsalına başlayacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən yaradılmış 57 mm-lik idarəolunmayan aviasiya raketinin ilk testləri yekunlaşıb.

“AzeriDefence”nin məlumatına görə, atış testlərində raket planlaşdırılan məsafədən uzağa uçuş edərək normativi iki dəfəyə yaxın üstələyib.

MSN tərəfindən hazırlanmış AR-57 indeksli 57 mm-lik aviasiya raketlərinin ilk nümunələri 2014-cü ildə və 2016-cı ildə Bakıda keçirilmiş ADEX sərgisində nümayiş etdirilib. Raketin AR-57QK qəlpəli kumulyativ və AR-57QF – qəlpəli fuqas konfiqurasiyası mövcuddur. Sərgidə raketin bəzi parametrləri də açıqlanıb.

AR-57KQ raketi 260 mm qalınlığında zirehi dəlməyi bacarır. AR-57QF raketinin gövdə daxilində isə hazır 360 qəlpə yerləşir. Partlayış zamanı ətrafa geniş radiusda dağılan bu qəlpələr düşmənin canlı qüvvəsini ciddi tələfata uğradır.

Qeyd edək ki, son ADEX sərgisində MSN AR-57 raketi ilə yanaşı 80 mm-lik AR-80 idarə olunmayan aviasiya raketini də nümayiş etdirib. Adıçəkilən raketlər xaricə iraca təklif olunur.