04/01/2019 23:00

Azərbaycan Belarusdan “Giatsin-B” haubitsaları alıb

Azərbaycan 2017-ci ildə Belarusdan 26 ədəd haubitsa alıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan Hökumətinin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Hesabatda Azərbaycanın Belarusdan 152 mm çaplı 2A36 “Giatsin-B” haubitsasının aldığı qeyd olunub.

Bundan başqa, Azərbaycan 2017-ci ildə Rusiyadan 61 ədəd zirehli döyüş maşını, Türkiyədən isə 36 ədəd TR-300 raketi aldığını açıqlayıb.

“Giatsin-B” haubitsanın ağırlığı 9760 kq, heyəti 8 nəfər, atış tempi dəqiqədə 6 mərmi. Effektiv atış məsafəsi 30.5 km-dən aktiv reaktiv mərmilərlə 34.5 km qədərdir.