29/10/2018 20:50

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsi “Zəfər-K” tapançalarını silahlanmaya qəbul edib – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsi Azərbaycan istehsalı olan 9×19 mm-lik “Zəfər-K” tapançaları alıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Zəfər-K” tapançaları Müdafiə Sənayesi Nazirliyi tərəfindən Türkiyənin “Tisaş” şirkəti ilə birgə istehsal edilir.

Qeyd edək ki, 26 və 27 oktyabr tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC Mühafizə İdarəsinin əməkdaşlarının silahdan atəş açma bacarığının artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Atıcılıq tirində atış təlimi məşğələlərinin keçirilməsi təşkil edilib.