08/12/2017 00:58

Azərbaycan dənizçiləri Türkiyədə keçirilən təlimdə müşahidəçi qismində iştirak ediblər

Türkiyə Hərbi Dəniz Qüvvələrində (HDQ) noyabrın 24-dən dekabrın 3-dək “Nüsrət-2017” təlimi keçirilib.

Bu barədə “AzeriDefence” Türkiyə HDQ-nə istinadən məlumat verib.

Təlimə Türkiyə HDQ-dən 6 mina tral gəmisi, 1 komanda-nəzarət gəmisi, 1 freqat, 1 gözətçi gəmi, 1 helikopter, 1 mina yığan qayıq, 1 SAS qrupu, 1 AUV qruöu, Sahil Mühafizə komandanlığından 1 sərhəd təhlükəsizlik kateri və Hərbi Hava Qüvvələrindən 1 ədəd C-130 nəqliyyat təyyarəsi, NATO-nun SNMCMG-2 qrupundan İngiltərədən 1 komanda-nəzarət və 1 mina tral gəmisi, İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyədən 1 ədəd mina tral gəmisi olmaqla 6 gəmi, Qətər və Yunanıstandan EOD qrupları qatılıb.

Təlimdə Azərbaycan, Əlcəzair, Qətər, Rumıniya, Sloveniya və Pakistandan 11 müşahidəçi, Rumıniyadan 2 qərargah zabiti müşahidəçi qismində iştirak edib.