10/02/2019 23:20

Azərbaycan DSX Sahil Mühafizəsinin rəisi Pakistana səfər edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, general-leytenant Əfqan Nağıyev Pakistana səfər edib.

“AzeriDefence”nin məlumatına görə, general-leytenant Ə. Nağıyev Karaçi şəhərində keçirilən AMAN-2019 beynəlxalq dəniz təliminə müşahidəçi qonaq qismində qatılıb.

Səfər çərçivəsində DSX rəsmisinin Pakistan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, AMAN-2019 təlimində müşahidəçi qismində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri də iştirak edirlər. DSX Sahil Mühafizəsinin zabitləri ilk dəfədir AMAN təlimində müşahidəçi qismində iştirak edir.