30/11/2016 13:27

Azərbaycan FHN-in əməkdaşları İsrail HHQ-nin medalı ilə təltif olunublar

Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

“AzeriDefence”nin FHN-in saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

Yanğınların söndürülməsində göstərdikləri şücaətə görə, Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunyblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.