01/10/2019 18:05

Azərbaycan HDQ-nin nümayəndə heyəti İrana səfər edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.