24/09/2019 19:37

Azərbaycan hərbçıləri Almaniyada keçirilən təlimdə tapşırıqları icra ediblər

Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçiləri NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.