04/07/2019 10:08

Azərbaycan hərbçiləri Belarusda hərbi paradda iştirak ediblər – FOTO

Azərbaycan Ordusunun bayraqdar qrupu Belarusun müstəqillik günü münasibəti ilə Minsk şəhərində keçirilən hərbi paradda iştirak edib.

“AzeriDefence”nin Belarus televiziyasına istinadən verdiyi məlumata görə, hərbçilərimiz Azərbaycanın bayrağını təntənəli marşla tribuna önündən keçiriblər.

Aparıcı “parad fəxri qonaqlarımızın keçidi ilə davam edir. Qardaş xalqlar qələbəyə öz töhvələrini verib. Tribuna önündən ilk olaraq Azərbaycan Silahlı Qüvvələrinin bayraqdar qrupu keçir”, – deyərək Azərbaycan hərbçilərini təqdim edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan hərbçiləri də daxil olmaqla, xarici ölkələrdən qatılan hərbçilərə hərbi salam verib.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti də hərbi paradda rəsmi qonaq qismində iştirak edir.