28/06/2019 10:08

Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər

ərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarusun Müstəqillik Gününə həsr olunan hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus və Rusiya silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak edəcəklər.