06/02/2019 21:16

Azərbaycan hərbçiləri beynəlxalq qış təlimində – VİDEO

Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyəyə yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimdə iştirak edəcək Azərbaycan hərbi qulluqçularının bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.