29/02/2016 10:50

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü, fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankara şəhərində (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları keçirilir.