07/04/2016 20:36

Azərbaycan hərbçiləri Ermənistana məxsus PUA-nı ələ keçirdilər – FOTOLAR

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus X-55 (Preto-5E) tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
– Qanadların açılışı 3030 mm.
– Uzunluğu 2100 mm.
– Kreyser sürəti 85-115 km/saat
– Maksimal uçuş sürəti 180 km/saat
– Havada qalma müddəti:
elektrik mühərriki ilə 1.5 saat
benzin variantında 8 saatadək
– Maksimal uçuş məsafəsi 130 km.
– Maksimal uçuş hündürlüyü 2000 m.

– Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
– Qalxma üsulu katapult
– Enmə üsulu paraşüt

Qeyd edək ki, X-55 Pua Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Ermənistan 2013-2014 -cü illərdə Rusiyadan 5 kompleks “Ptero -5E” alıb. İstehsalçı firma satışın Ermənistan Fövqəladə Hallar Nazirliyinə həyata keçirildiyini bildirsə də ötən il bu PUA-lar Ermənistan Müdafiə Nazirliyinin silah sərgisində X-55 indeksi ilə nümayiş olunub.