17/08/2019 10:16

Azərbaycan hərbçiləri MAKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisində iştirak edəcəklər

Azərbaycanın Müdafiə Nazirliyinin əməkdaşları avqust ayının 27-dən sentyabrın 1-dək Rusiyanın Moskva vilayətində keçiriləcək MAKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisində iştirak edəcəklər.

Bu barədə “AzeriDefence”yə sərginin təşkilat komitəsindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti sərgidə ziyarətçi qismində iştirak edəcək. İştirak Rusiya tərəfinin dəvəti ilə baş tutacaq.

Azərbaycanın hərbi strukturları ilə yanaşı sərgidə AZAL-ın nümayəndələrinin də iştirakı gözlənilir.

Aviasiya sərgisində Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan müəssisələr tərəfindən ümumilikdə 250-dən çox məhsulun, o cümlədən ilk dəfə olaraq 40-dan çox yeni aviasiya texnikası, bort elektronikası, aviasiya mühərrikləri, aerodrom avadanlıqlarının nümayişi planlaşdırılır.  Sərgidə ilk dəfə olaraq beşinci nəsil Su-57 döyüş təyyarəsinin ixrac üçün nəzrdə tutulan Su-57E və ixrac üçünnəzərdə tutulan İl-112VE yüngül hərbi nəqliyyat təyyarələri ilk dəfə nümayiş etdiriləcək. Artıq hər iki təyyarə lazımi ixracat sənədlərini alıb və buna görə ixraca təklif olunur.