08/02/2019 13:36

Azərbaycan hərbçiləri Pakistanda AMAN-2019 beynəlxalq təlimində iştirak edirlər – FOTO

Pakistanın Karaçi şəhərində AMAN-2019 çoxmillətli beynəlxalq dəniz təlimi başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Pakistan Donanmasının vitse-admiralı Amjad Xan Niyazi keçirdiyi mətbuat konfransında bildirib ki, fevralın 8-dən 12-dək Hind Okeanında keçiriləcək təlimdə 45 ölkənin gəmiləri və müşahidəçiləri iştirak edir.

İki ildən bir keçirilən AMAN təlimi dəniz və limanda olmaqla, iki mərhələdən ibarətdir. Liman fəaliyyətlərinə seminarlar, müzakirələr və nümayişlər daxildir. Bununla yanaşı, təlim çərçivəsində “Keçid dövründə qlobal geosiyasət: Hind okeanında dəniz dinamikasının yenidən qiymətləndirilməsi” mövzusunda beynəlxalq dəniz konfransı keçiriləcək.

Qeyd edək ki, AMAN-2019 dəniz təliminə müşahidəçi qismində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də qatılıblar.