26/11/2018 16:46

Azərbaycan hərbçiləri Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edəcəklər

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti noyabrın 27-dən 30-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak edəcək.