31/07/2019 18:06

Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.