12/02/2019 19:34

Azərbaycan hərbçiləri “Qış təlimi-2019”da iştirak edirlər – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq “Qış təlimi – 2019” təlimində iştirak edirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin ssenarisinə əsasən Azərbaycan hərbçiləri sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində Azərbaycanın paraşütçü komandoları da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.