31/07/2018 19:09

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində atışlar keçiriblər – VİDEO

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində atışlar keçiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 9-dək davam edəcək. Müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.

“Səhra mətbəxi” müsabiqəsi “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilir. Bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunur. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edir. Hərbçilərimiz “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələri ilə yanaşı ölkəmizdə keçirilən “Dəniz kuboku”  Rusiyada “Tank biatlonu” və  Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.