09/05/2018 19:33

Azərbaycan hərbçiləri Türkiyə istehsalı olan silah və texnikalarla tanış olublar – FOTOLAR

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2018” hərbi təlimində iştirak edən Azərbaycan hərbçiləri təlim sahəsində türk müdafiə sənayesi şirkətlərinin məhsullarının nümayiş olunduğu sərgi ilə tanış olublar.

“AzeriDefence”nin Türkiyə bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri sərgidə iştirak edən ASELSAN, ROKETSAN, HAVELSAN, MKE, BMC, Otokar, FNSS, STM, Katmercilər, Sarsılmaz, BİTES və digər şirkətlərin stendlərinə baş çəkərək nümayiş etdirilən silah və hərbi texnikalarla maraqlanıb, istehsalçı müəssisələrin rəsmilərindən məlumatlar alıblar.

Qeyd edək ki, təlimdə Azərbaycan Ordusunun 100-dən çox hərbi qulluqçusu iştirak edir.