19/05/2016 12:27

Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2016” təliminə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, mayın 15-dən iyunun 1-dək Türkiyənin İzmir şəhərində “Efes-2016” beynəlxalq təlimi keçirilir.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, martın 17-də Türkiyənin İzmir şəhərində “Efes-2016” beynəlxalq təliminin əsas planlaşdırma iclasında da Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edib.