21/06/2018 17:18

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Türkiyədə iyunun 25-dən iyulun 6-dək davam edəccək “Anadolu Ankası-2018” beynəlxalq təlimində iştirak edəcəklər.

Bu barədə “AzeriDefence”yə Türkiyə Hərbi Hava Qüvvlərindən məlumat verilib.

Döyüş təyyarələri, helikopterlər və axtarış-xilasetmə qruplarının qatılacağı təlimdə əməliyyat sahəsində icra ediləcək birgə xilasetmə üsulları sınaqdan çıxarılaraq təkmilləşdiriləcək. Birgə əməliyyatlar zamanı müxtəlif ssenarilərə nəzər salınacaq

Təlimdə Türkiyə və Azərbaycanla yanaşı Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan və Səudiyyə Ərəbistanından hərbçilər qatılacaq.

“Anadolu Ankası” təlimləri 2009-cu ildən Konya şəhərində keçirilir.