18/10/2018 02:49

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər

Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Nüsrət-2018” adlı növbəti təlimi keçirilir.

“AzeriDefence”nin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, təlimdə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus dəniz və hava birlikləri, o cümlədən NATO-nun Mina Əleyhinə Daimi Xidmət Qrupu – 2 heyətləri ilə Rumıniya ve Yunanistanın xidmət qrupları iştirak edirlər.

Təlimlərdə həmçinin NATO, ABŞ, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Gürcüstan, Qətər, Küveyt, Pakistan, Rumıniya, Cənubi Koreya və Səudiyyə Ərəbistandan olan personal iştirak edir. Təlim çərçivəsində mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi üzrə məşqlər keçirilir.