10/10/2017 11:12

Azərbaycan hərbi dənizçilərinin İran səfəri başa çatıb – VİDEO

İran İslam Respublikasında dostluq səfərində olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti vətənə qayıdıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlmat verilib.

Hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan Azərbzycan hərbi dənizçiləri oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.