06/10/2017 13:38

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri başlayıb

Azərbaycan hərbi dənizçiləri dostluq səfəri çərçivəsində İranın Ənzəli limanına çatıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri qarşılayıblar.

İran HDQ-nin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı, vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib.

Görüşdə Xəzəryanı ölkələrin HDQ arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycan hərbi dənizçiləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan HDQ-nin nümayəndəsi, birinci dərəcəli kapitan Sübhan Bəkirov öz növbəsində Azərbaycan hərbi dənizçilərinin İrana ilk dəfə səfər etmələrindən məmnunluq hissini keçirdiklərini və bunun Silahlı Qüvvələri arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Səfər zamanı Azərbaycan hərbi dənizçiləri bir sıra tədbirlərdə və görüşlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl İran hərbi dənizçiləri də Azərbaycanda səfərdə olub.