09/10/2017 12:44

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri davam edir – FOTO

İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı vilayət rəhbəri İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn müstəvidə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən şad olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını qeyd edib.

Sonda Azərbaycanın hərbi dənizçiləri Rəşt muzeyini ziyarət ediblər.